RU
Bu ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
22:30
213

Bu ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Niderlandda son sutka ərzində 4 075 nəfərdə koronavirus aşkarlanıb, 61 nəfər bu virusun qurbanı olub. "Qafqazinfo” bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.  

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 001 826-ya, bu virusdan ölənlərin sayı isə 14 355-ə yüksəlib.

 

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma halı ötən il fevralın 27-də qeydə alınıb. Xəstəliyin yayılmasının qarşısını almaq üçün dekabr ayının ortalarından ölkədə faktiki olaraq total karantin tətbiq edilir. Bu il yanvarın 23-dən komendant saatı (saat 21:00-dan 04:30-dək) qüvvəyə minib./qafqazinfo

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ