RU
Bu ölkələr Rusiyadan qızıl idxalına qadağa qoyacaq
15:06
86

Bu ölkələr Rusiyadan qızıl idxalına qadağa qoyacaq


Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya Ukraynanı işğal edən Rusiyaya qarşı sanksiyaları artırmaq məqsədilə Moskvadan qızıl idxalına qadağa qoyacaq. 

7NEWS.az xəbər verir ki, İngiltərə bu qərarla Rusiya prezidenti Vladimir Putini dəstəkləyən oliqarxların xüsusilə hədəf alındığını açıqlayıb. Böyük Britaniya hökuməti dörd ölkənin qəbul etdiyi qərarın qısa zamanda həyata keçiriləcəyini və Rusiyadan yeni çıxarılan və ya təmizlənmiş qızılın alınmasının dayandırılacağını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ