Məşhur modelyer İvana Sərt sevgilisinin adını ayağının altına yazıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, modelyer etdiyi eşq elanı ilə diqqət çəkib. O, bir müddətdir sevgili olduğu biznesmen Sezer Dermencinin adını ayağının altına yazaraq baş barmağına ürək şəkli çəkib.
Sosial şəbəkə hesabında görüntüləri paylaşan İvana paylaşıma sevgilisini də işarələyib.
41 yaşlı modelyerin bu paylaşımı izləyicilərini həm təəccübləndirib, həm də güldürüb.










