RU
Bu restoranda işıq, su, qaz pulunu da müştəri ödəməlidir
12:27
1097

Bu restoranda işıq, su, qaz pulunu da müştəri ödəməlidir

Bu restorandakı qaydalar müştəriləri şoka saldı.

Region TV-də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı sujetləri ilə tamaşaçıları sevindirib.

Sujetlərin birində, ssenariyə əsasən, restorandakı ofisiant (verilişin aktyoru-aktrisası) müştərini gülərüzlə qarşılayıb, sifariş götürür. Ardınca ofiisant müştəriyə hesabı gətirir və hesabla yanaşı, istifadə olunan qaz, su və işıq pulunu da müştərinin ödəməli olduğunu bildirir.

Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz müştərilər isə şok keçirmiş halda nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.

Həmin maraqlı sujeti sizə təqdim edirik.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ