Misirdə "terror təşkilatı” hesab edilən "Müsəlman Qardaşlar” hərəkatı "geniş xalq dəstəyinə baxmayaraq” siyasi mübarizəni dayandırdığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, "Müsəlman Qardaşlar” Təşkilatının Rəhbər Şurasının sədri vəzifəsini icra edən İbrahim Munir Reuters xəbər agentliyinə verdiyi müsahibədə qərarı belə izah edib: "Siyasi partiyalar arasında seçkilər dövlət tərəfindən təşkil olunsa belə, biz rədd edirik. Bu, bizim tərəfimizdən tamamilə rədd edilir”.
7NEWS.az








