"Heyvanlara edilən zülmə cəza verilənə qədər etiraz əlaməti kimi xəz geyinəcəyəm”.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri müğənni Bülənt Ərsoy deyib. O, heyvansevərlərə verdiyi sözdən dönərək kürk kolleksiyasına daha birini əlavə edib. Ötən gecə 200 min lirəlik yeni paltosu ilə görüntülənən Ərsoy soyuqladığı üçün təzədən xəz geyinməyə qərar verdiyini deyib:
"Bəziləri kimi yalan danışa bilmərəm. Ötən gün 2 ədəd kürk aldım. Yenidən xəz geyinməyimin səbəbi var. Ciyərlərimi soyuqlatmamalıyam”.










