RU
“Bunu başqa kişi etsəydi...”
23:31
1170

“Bunu başqa kişi etsəydi...”

Türkiyəli müğənni İbrahim Tatlısəsin “İnstagram” hesabında qadın həmkarı Petek Dinçözün şəklini paylaşaraq “Bir ana uşağına nə qədər bağlıdırsa, mən də sənə o qədər bağlı və aşiqəm... (Mən Bitti demədən Bitməz)” sözlərinə müğənninin ərindən cavab gəlib.

Dinçözün həyat yoldaşı, iş adamı Serkan Kodaloğlu Tatlısəsin bu hərəkətinə görə çox əsəbiləşib:

“Belə səhvmi olur? Bu hadisə məni həqiqətən də çox narahat etdi. Bunu edən başqa kişi olsaydı, əmin olun ki, reaksiyam təmamilə başqa cür olardı”, - deyə Kodaloğlu söyləyib.

Qeyd edək ki, Tatlısəsin bu davranışı izləyiciləri tərəfindən tənqid olunub.O isə daha sonra şərhinə düzəliş edib: “Bu şəkildəkinin Petek Dinçöz olduğunu bilmədən qoydum. Bu foto müqayisə üçündür. Kimsə səhv anlamasın!”./qafqazinfo

 

7news.Az

 “Bunu başqa kişi etsəydi...” - Dinçözün ərindən Tatlısəsə cavab

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ