RU
Burak Özçivit Bakıda izdihamla qarşılandı
13:42
899

Burak Özçivit Bakıda izdihamla qarşılandı

Murad Boz isə gəlmədi.

Ötən gün Nizami Kino Mərkəzində baş rollarını Burak Özçivit, Aslı Enver və Murad Bozun canlandırdığı “Kardeşim benim” filminin qala gecəsi keçirilib. 

7News.Az xəbər verir ki, tədbirdə Özçivtlə Enver iştirak edib.

Yaraşıqlı və istedadlı aktyor Burak Özçivit pərəstişkarları tərəfindən böyük izdihamla qarşılanıb. 

Murad Boz isə Bakıya gəlməyib. M.Bozun işlərinin çox olduğunu bildirən Burak Özçivit, məhz bu səbəbdən onun paytaxtımıza gələ bilmədiyini söyləyib.

Filmin nümayişindən sonra türkiyəli aktyorlar media nümayəndələri ilə görüşərək onların suallarını cavablandırıblar.

Fotolar oxu.az-a məxsusdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ