RU
Cahit Əliyevin “Torpaq uğrunda ölən varsa, Vətən!” layihəsi icra edilibdir
22:49
406

Cahit Əliyevin “Torpaq uğrunda ölən varsa, Vətən!” layihəsi icra edilibdir

        13 – 15 fevral 2019 cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Cahit Əliyevin "Torpaq uğrunda ölən varsa, Vətən!” layihəsi icra edilibdir. 
   Layihə çərçivəsində gənclərə bildirilib ki, tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Zaman keçdikcə daha da böyüyür, ailəmizə, torpağımıza, vətənimizə bağlılıq hissi yaradır. Bu bağlılıq milli əxlaqımızı və dünyagörüşümüzü formalaşdıran, milli və mənəvi dəyərlərimizə sahiblik etmək və onu qorumaq haqqını verən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissdir. 
         Daha sonra layihə ilə bağlı gənclərin sualları cavablandırılıb. 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ