RU
CAR-da dəhşət: Hamilə qadın da daxil 11 nəfər qətlə yetirildi - VİDEO
16:10
23

CAR-da dəhşət: Hamilə qadın da daxil 11 nəfər qətlə yetirildi - VİDEO

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində evlərdən birində baş verən silahlı insident nəticəsində aralarında hamilə qadın da olmaqla, azı 11 nəfər həyatını itirib.

Bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbərdə bildirilir ki, sentyabrın 23-nə keçən gecə üç naməlum şəxs mənzilə daxil olub. Onlar ətrafı nizamsız atəşə tutublar. Silahlı hücum nəticəsində 10 kişi və 1 qadın qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu hadisənin rəqib qruplaşmalar arasındakı münaqişə ilə bağlı ola biləcəyini ehtimal edirlər. Hazırda cinayətkarların axtarışı davam edir.

Qeyd edək ki, CAR dünyada ən çox qətl hadisələrinin qeydə alındığı on ölkə sırasındadır. CAR polisinin statistikasına əsasən, 2026-cı ildə ölkə ərazisində gün ərzində orta hesabla 63 nəfər öldürülür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ