RU
İsrail HAMAS-ın maliyyə departamentinin rəhbərinin öldürüldüyünü açıqlayıb
15:30
23

İsrail HAMAS-ın maliyyə departamentinin rəhbərinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu və Şin Bet Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HAMAS-ın maliyyə departamentinin rəhbəri Məhəmməd Əbu Əlvanın öldürüldüyünü açıqlayıb.

 İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib ki, Əbu Əlvan Xan Yunisdə keçirilən dəqiq əməliyyat zamanı hədəfə alınıb.

"Biz HAMAS-ın komandirlərini və döyüşçülərini təqib etməyə, onun maliyyələşmə mənbələrinə zərbə vurmağa və terror infrastrukturunu məhv etməyə davam edəcəyik. HAMAS-ın gücünü bərpa etməsinə imkan verməyəcəyik və HAMAS Qəzza zolağında mövcudluğunu sonlandırana qədər dayanmayacağıq”, – bəyanatda qeyd olunub.

Məlumata görə, Xan Yunisin Əl-Məvasi ərazisində avtomobilə endirilən zərbə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Onlardan birinin Məhəmməd İbrahim Məhəmməd Əbu Əlvan olduğu bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ