Cəlilabadda iki minik avtomobili toqquşub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında, Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.
Faktla bağlı araşdırma aparılır.








