Dünya şöhrətli müğənni Cennifer Lopez yeni albomunun üz qabığının çəkilişləri üçün çılpaq halda kamera qarşısına keçib.
7News.Az Pagesix-ə istinadla bildirir ki, o, kamera qarşısında tamamilə soyunaraq fotoqraflara çılpaq poza verib. İfaçı üz qabığının şəklini şəxsi Instagram hesabında paylaşıb.
9 saat əvvəl paylaşılan foto qısa zamanda 5 milyondan artıq izləyici tərəfindən bəyənilib. Fotoya 90 mindən çox rəy yazılıb, şərhlər arasında məşhurların adları da var.
Qeyd edək ki, sözü gedən foto "Ain't Your Mama's" albomunun üz qabığıdır.

7News.Az








