RU
Cənubi Amerika Kubokunda qalmaqal: Qonaq komandanın avtobusunda 86 kq narkotik tapıldı
16:50
22

Cənubi Amerika Kubokunda qalmaqal: Qonaq komandanın avtobusunda 86 kq narkotik tapıldı

Braziliyanın "San-Paulu" futbol klubuna məxsus olan və içərisində 86 kq tetrahidrokannabinol (kannabis) narkotik vasitəsi daşıyan avtobus Boliviyada polis tərəfindən saxlanılıb.

Bu barədə UOL portalı məlumat yayıb.

Məlumata görə, hadisə komanda Cənubi Amerika Kubokunun 1/8 final mərhələsi çərçivəsində Boliviyanın "Bolivar" klubu ilə səfər matçına (1:1) yollanarkən baş verib.

Nəqliyyat vasitəsinə baxış zamanı dörd bağlama narkotik maddə aşkar edilib. Əməliyyat nəticəsində daşımaya cavabdeh olan üç sürücü həbs olunub. Braziliya təmsilçisinə səfəri davam etdirmək üçün yeni avtobus ayrılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ