RU
Cənubi Koreyada deputatlar maaşlarını zəlzələ qurbanlarına bağışlayacaqlar
12:52
70

Cənubi Koreyada deputatlar maaşlarını zəlzələ qurbanlarına bağışlayacaqlar


Cənubi Koreyada millət vəkilləri maaşlarının 3 faizini Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək üçün ianə edəcəklər.

7NEWS.az xəbər verir ki, Cənubi Koreya Milli Assambleyası millət vəkillərinin maaşlarının 3 faizinin Maraş mərkəzli zəlzələlər səbəbiylə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək verilməsinə dair qərarı təsdiqləyib. Türkiyə və Suriyada zəlzələ qurbanlarına sürətli dəstək tədbirlərini ehtiva edən qətnamə TBMM Ümumi İclasında 229 deputatdan 228-nin təsdiqi ilə qəbul edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ