RU
Cinayətkarlıqla mübarizə tədbirləri davam edir
17:25
221

Cinayətkarlıqla mübarizə tədbirləri davam edir

Xaçmaz Rayon Polis Şöbəsində şəxsi heyət tərəfindən cari ilin 9 ayı ərzində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər müzakirə olunub. Görülən işlərdən danışan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov bildirib ki, hesabat dövrü ərzində şöbə əməkdaşları qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirərək, rayon ərazisində əməliyyat şəraiti və kriminogen durumu bütövlükdə tam nəzarətdə saxlayıblar.

Daha sonra RPŞ-nin rəis müavinləri və bölmə rəisləri geniş məruzə ilə çıxış edərək, görülən işlər və qarşıda duran öhdəliklər barədə məlumat veriblər. İclasda qeyd olunub ki, rayon ərazisində 216 cinayət qeydə alınıb, onlardan 175 açılıb. Törədilən cinayətlərin 21 ağır, 140 az ağır, 55 böyük ictimai təhlükə törətməyənlərdir. Aparılan xidmət nəticəsində qeyri aşkar şəraitdə törədilən 118 cinayətin açılması 86, mülkiyyət əleyhinə olan 81 cinayətin açılması göstəricisi 79,7 faiz təşkil edib. Axtarışda olan 26 təqsirləndirilən şəxsdən 22-i saxlanılıb, itkin düşən 23 nəfərdən isə 20-i tapılaraq ailələrinə təhvil verilib. Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq saxlanılan silah və sursatın yığılması istiqamətində görülən tədbirlər nəticəsində 1 ədəd AK markalı avtomat, 2 ədəd ov tüfəngi və 39 ədəd müxtəlif kalibrli patronlar aşkarlanaraq götürülüb.

Narkotik vasitələrinin dövriyyəsinin qarşısının alınması istiqamətində polis şöbəsində 32 cinayət faktı qeydə alınıb. Onlardan 11 fakt satış, 17 fakt qanunsuz saxlama və 4 fakt qanunsuz kultivasiya yolu ilə becərilməsi ilə bağlı olub. Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində ümumi sayı 1509 ədəd olan 106 kiloqram 550 qram çəkidə çətənə bitkiləri, 2 kiloqram 163 qram qurudulmuş marixuana, 158,998 qram heroin, 17,6 qram tiryək, 0,08 qram dövriyyəsi qadağan olunmuş güclü təsirə malik sintetik tərkibli narkotik maddə Metadon, 0,004 qram Fenozepan, 51,403 qram Metamfetamin, 1,3 qram Tramadol və 2,1 qram güclü təsirli psixotrop tərkibli Preqabalin dövriyyədən çıxarılıb.

Müvafiq dövr ərzində Rayon Polis Şöbəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama xətasına dair 192 fakt qeydə alınıb, onlardan 152-in açılması təmin olunub. Göstərici üzrə dəymiş maddi ziyanın ödənilməsi 88,9 faiz (20.452 manat) təşkil edib.

Bundan əlavə Xaçmaz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsi əməkdaşları tərəfindən 3862 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir ki, onlardan 526 nəfəri 16 yaşınadək olan şəxslərdir.

Qeyd edilən göstəricilərdən əlavə Xaçmaz Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektorları tərəfindən rayon ərazisində yerləşən təhsil müəssisələrində mütəmadi olaraq məktəblilərlə maarifləndirici görüşlər keçirilib, şagirdlərə narkotik maddələrin və onların perekusorları, dini radikalizm və erkən nikah haqda profilaktiki söhbətlər aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ