RU
Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO
14:00
23

Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO

Cinsiyyət dəyişdirən və son illərdə həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez gündəmə gələn aktyor Elliot Peyc yeni hobbisini açıqlayıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduz boks məşqlərinə başladığını bildirib.

Peyc sosial media hesabında məşqlərindən görüntülər paylaşaraq bu idman növünün ona həm fiziki, həm də psixoloji cəhətdən müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, boks intizam, dözümlülük və özünəinam qazandıran fəaliyyətlərdən biridir.

Aktyorun paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Elliot Page 2020-ci ildə trans olduğunu açıqlamışdı. O, bundan sonra həm şəxsi həyatı, həm də LGBTQ+ hüquqları ilə bağlı fəaliyyəti ilə beynəlxalq medianın diqqət mərkəzində qalmağa davam edir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ