İctimai Televiziyanın efirində yayımlanan və Dadaşlinskinin aparıcısı olduğu "3D" verilişində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tibbi maska ilə çıxışına eyham vurulub.

"MediaPost” xəbər verir ki, verilişin əvvəlində Əziz obrazı əlində tutduğu stəkandakı tibbi maskanı "içməyə" çalışıb:

"Qərargahın brifinqində deyilib ki, maskaları içmək lazımdır. Sözün düzü, başa düşmədim maskanı necə içmək olar, amma deyiblərsə, gərək edək”.

Xatırladaq ki, bundan əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən E.Əzizov "maska taxmaq” əvəzinə "maska içmək” ifadəsini işlətmişdi.

Sözügedən videonu təqdim edirik: