RU
Danimarka peyvəndi insanlar üzərində sınaqdan keçiriləcək
16:10
705

Danimarka peyvəndi insanlar üzərində sınaqdan keçiriləcək

Danimarkada Kopenhagen Universitetinin hazırladığı "COVID-19” peyvəndi insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

"Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin "Kristeligt Dagblad” qəzeti məlumat yayıb.

"Koronavirusa qarşı güclü bir silah” adlandırılan vaksin bu aydan etibarən vətəndaşlarda test ediləcək.

 

Kopenhagen Universitetinin "COVID-19” peyvənd inkişaf qrupunda olan Misir əsilli professor Əli Salanti gözləntilərinin yüksək olduğunu söyləyib. 

Hazırladıqları peyvəndin virusun mutasiyalarına qarşı daha yaxşı bir qoruma təmin etməsini gözlədiyini bildirən alim, peyvəndin ümidləri doğruldub-doğrultmayacağının 3 aydan sonra bəlli olacağını vurğulayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ