RU
Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
23:50
386

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

Danimarka hakimiyyəti Ukraynaya "Harpun” gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

"Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün "Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”, - Ostin bildirib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ