İranda başda Tehran əyaləti olmaqla ölkənin əksər hissəsini təsir edən leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 69-a yüksəlib.
7NEWS.az xəbər verir ki, İranın Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatının Yenidənqurma və Reabilitasiya Texniki və Koordinasiya üzrə vitse-prezidenti Nejat Cihani İranın rəsmi agentliyi İRNA-ya bildirib ki, son bir həftədə daşqınlarda 69 nəfər həyatını itirib, 45 nəfər isə hələ də itkin düşüb.
7NEWS.az








