Türkiyədə Karaköprü rayonunun Akpiyar məhəlləsində hələlik məlum olmayan səbəblərdən iki qrup arasındakı mübahisə silahlı davaya çevrilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davanı dağıtmağa çalışan Heriman Altundağ və oğlu S.A.-ya ov tüfəngi ilə atəş açılıb.
Yaralı ana və oğul ətrafdakılar tərəfindən şəxsi nəqliyyat vasitələri ilə xəstəxanaya aparılıb.
Heriman Altundağ həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib. Oğlunun müalicəsi isə davam edir.
Hadisəni araşdıran polis qrupları davada iştirak etdiyi müəyyən edilən dörd nəfəri saxlayıb. İstintaq davam edir.









