7News.az xəbər verir ki, Keniyada dəfn mərasimindən qayıdan sərnişinləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər həlak olub, çoxlu sayda insan isə xəsarət alıb. Bildirilir ki, 45 sərnişini olan avtobus başqa bir nəqliyyat vasitəsini ötməyə çalışarkən qarşıdan gələn yük maşını ilə toqquşub. Üç həftə əvvəl həmin yolda baş verən digər bir qəzada da 17 nəfər həyatını itirmişdi.








