RU
DƏHŞƏT: Oğlunu, baldızını YARALADI, həyat yoldaşını isə QƏTLƏ YETİRDİ
11:20
409

DƏHŞƏT: Oğlunu, baldızını YARALADI, həyat yoldaşını isə QƏTLƏ YETİRDİ

Türkiyədə kişi həyat yoldaşını öldürüb, oğlunu, baldızını və öz qohumunu yaralayıb.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Məhməd.B 6 uşaq anası Süryan.B-nı vəhşicəsinə döyüb.


Süryan.B həyat yoldaşının əlindən qaçıb, atasının evinə gedib. Məhməd.B Süryan.B-dan üzr istəyərək geri qayıtmasını istəyib. Həyat yoldaşının sözünə inanan Süryan.B oğlu ilə birlikdə evə geri qayıdıb.

Günorta saatlarında Süryan.B oğlu Azad, bacısı Fatma və həyat yoldaşının qohumu ilə evdə oturan zaman Məhməd.B silahla ona hücum edib.

Nəticədə Süryan.B hadisə yerində dünyasını dəyişib, onun bacısı Fatma başından ağır yaralanıb. Bundan əlavə Məhməd.B-nın atəş açması nəticəsində oğlu Azad və onun qohumu da yaralanıb.

Silah səsini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər.

Hadisə yerinə gələn təcili tibbi yardımın həkimləri yaralılara ilkin müdaxilə etdikdən sonra xəstəxanaya aparıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ