7NEWS.az xəbər verir ki, Türkiyəni sarsıdan iki güclü zəlzələdən sonra Hatayın İskenderun rayonunun Çay Mahallesi sahil yolunda dəniz səviyyəsi qalxıb. Dəniz Mete Aslan bulvarına doğru aşıb. Sahil zolağında dəniz səviyyəsindən yuxarı iş yerlərini aşan sular bulvardan keçərək küçə və prospektlərə doğru irəliləyib. Bulvardakı ərazilər, banklar və iş yerləri boşaldılıb.
7NEWS.az








