RU
16:21
1099

"Deputat olub, bahalı maşında gəzmək istəyirsiniz..." - Tolikdən müğənnilərə

Prodüser Tolik millət vəkili olmaq istəyən müğənnilərə irad tutub.

Prodüser sosial şəbəkədə bunları yazıb:

“Son günlər şou-biznes nümayəndələri arasında deputat olmaq istəyənlərin sayı gülməli şəkildə atır. Maraqlıdır, mən deputatlığa namizədliyimi irəli sürsəm, nə baş verər? Sinəsinə döyən müğənnilərdən çox izləyicilərim var. Onlar 5 min səs toplamağı düşünürlərsə, mənim görüşümə 10 min adam gələr. Çünki mən bir çoxları kimi yaltaqlığa görə yox, xalqımı səmimi sevirəm. Mənə maraqlıdır ki, bu müğənnilər deputat olub, daha da bahalı maşında gəzib, özlərini göstərmək istəyir, yoxsa millətin dərdinə şərik olub, kömək etmək niyyətindədir? Həyatda çox şeyə əmin olmasam da, ürəyimdəki vətən sevgisinə inanıram. Hansı müğənni metrodan və ya ictimai nəqliyyat vasitəsindən istifadə edib? Xalqın arasında olub? Onlar yalnız cangüdənlə gəzib, özlərini göstərirlər. Özünü vətəndaşdan qoruyan və üstün tutan kimə lazımdır?”./axsam

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ