Dərmanın üzərində bir qiymət, qəbzin üzərində isə başqa bir qiymətdir. Üzərində qiyməti 17 manat 32 qəpik yazılan dərman müştəriyə 19 manat 20 qəpiyə satılıb.
Hadisə paytaxt sakini Nicat Haqverdiyevin başına gəlib. O, dərman vasitəsini Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən apteklərdən birindən aldığını deyir.
Sonra isə Nicat Haqverdiyev aldadıldığını iddia edərək dərman vasitəsini aldığı aptekə geri qaytarıb. Məsələ ilə bağlı dərmanın satıldığı aptekə getdik. Aptekdə satıcı işləyən Leyla Məmmədova bildirdi ki, həmin dərmanların qiyməti otən ilin noyabr ayında Tarif Şurası tərəfindən dəyişdirilib. Preparatın hazırki qiyməti 19 manat 20 qəpikdir.
İqtisadiyyət Nazirliyindən bildirildi ki, apteklərdə satışda olan dərman vasitələrinin əksərinin qiyməti Tarif Şurasu tərəfindən tənzimlənir. Konkret sözügedən dərman vasitəsinin adı Tarif Şurasının qiymətlərini təsdiqlədiyi dərmanlar siyahısındadır. Nazirlikdən həmçinin xatırladıldı ki, bütün aptek sahibləri dərmanları Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satmalıdır./xezerxeber
7news.Az








