DİN Əli Kərimlinin fikirlərinə cavab verdi - Video

DİN Əli Kərimlinin fikirlərinə cavab verdi - Video
Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.
DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.
"Oktyabrın 19-da 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib. Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilmişdir. Vətəndaş Kərimli hospitalda baş-beyin kompyuter tomoqrafiyası, abdominal və torokal kompyuter tomoqrafiyası, rentgenonqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçmişdir. Heç bir patoloji hal aşkar edilməmişdir və buna görə də xəstə evə buraxılmışdır. Müayinə protokolları Kərimliyə təqdim olunmuşdur. O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmamışdır. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçmişdir", - deyə o bildirib.

DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib. 7news.az



Xəbər lenti