RU
16:55
650

"Doğmalarımızı dəfn edə bilmirdik" - VİDEO

Mirəşellidə mühəndis-istehkam mühafizə qurğusu inşa edilib.

Ağdamın təmas xəttinə yaxın yerləşən Mirəşelli kəndinin sakinləri doğmalarının qəbirlərini artıq daha təhlükəsiz şəkildə ziyarət edə biləcəklər.

7News.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər daha qəbristanlığa ziyarətə gələnlərə mane olmayacaq.

Mirəşelli kəndinin qəbristanlığı qoşunların təmas xəttinin 100-150 metrliyində yerləşir. Bu vaxta qədər məzarlıq Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Baş Qərvənd kəndinin ərazisindən tez-tez atəşə tutulurdu. Bunun qarşısını almaq üçün Mirəşelli kəndinin ərazisində mühəndis-istehkam mühafizə qurğusu inşa edilib. Artıq sakinlər dəfn mərasimlərində təhlükəsiz iştirak edəcək, doğmalarının məzarlarını rahatlıqla ziyarət edəcəklər.

Siyavuş Şükürov - kənd sakini: "Nəinki ziyarət etmək, biz hətta doğmalarımızı dəfn edə də bilmirdik. Artıq görürsünüz ki, qəbristanlığın hər bir küncünə ziyarət edə bilirik. Qohumlarım var, onlar öz atalarını ziyarət edə bilmirlər".

Kənd sakinləri bu günə qədər məzarlığa gəlməyə ehtiyat edirdilər. Burada düşmən gülləsinə tuş gələnlər də olub. Düşmən atəşi ilə yararsız hala düşən məzar daşlarının da yeniləri ilə əvəz olunacağı deyilir.//ARB Tv

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ