RU
Donald Tramp ermənipərəst Adam Şiffi
13:30
33

Donald Tramp ermənipərəst Adam Şiffi "yekəbaş" adlandırdı

ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində Co Baydenə məğlub olmadığını bir daha vurğulayaraq, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı zarafatından da qalmayıb.

Bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edib.

"ABŞ prezidenti postuna dördüncü müddətə namizəd olmağı planlaşdırıram", - deyə Tramp bildirib. O, bu sözləri dedikdən sonra üzərində "Tramp 2028" yazılmış beysbol papağı taxıb.

Dövlət başçısı əsas siyasi rəqiblərindən biri olan demokrat konqresmen Adam Şiff barədə də ironik fikirlər səsləndirib. Tramp qeyd edib ki, Ağ Ev Jurnalistləri Assosiasiyası qala-gecəyə kloun dəvət etməyi planlaşdırsa da, həmin axşam Adam Şiff boş olmayıb. ABŞ prezidenti, həmçinin Şiffin zahiri görünüşünü ələ salaraq, onun barədə "indiyə qədər gördüyüm ən böyük başla qələmə bənzəyən ən incə boyun birləşib", - sözlərinə əlavə edib.

Prezident səhiyyə naziri Robert Kennedi barəsində də zarafat etməyi unutmayıb.

"Ümid edirəm ki, bu gün sizə təqdim olunan əla mal əti xoşunuza gəldi. O, xüsusidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, burada iştirak edən Bobbi Kennedi bu inəyi öz maşını ilə şəxsən vurub. O, inəyi özü parçalayıb və buraya gətirib. Beləliklə, ət tamamilə təzədir", - deyə o qeyd edib.

Qeyd edək ki, ənənəyə görə, Amerika prezidentləri media nümayəndələri ilə keçirilən illik tədbirlərdə adətən yumoristik çıxışlar edirlər.

Xatırladaq ki, Adam Şiff erməni lobbisinə yaxınlığı ilə seçilir və Azərbaycanla bağlı məsələlərdə ardıcıl olaraq qərəzli mövqe nümayiş etdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ