RU
Doğum günü məclisi qana bulandı: 8 nəfər öldü
21:00
797

Doğum günü məclisi qana bulandı: 8 nəfər öldü

Cənubi Afrikada doğum günü şənliyi zamanı məclisə hücum edilib. 

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrikanın Şərqi Cape bölgəsində doğum günü şənliyinə silahlı hücum ölkəni ayağa qaldırıb. 

Bildirilib ki, iki silahlı şəxs doğum günü iştirakçılarına güllə ataraq 8 nəfəri öldürüb, 3 nəfəri yaralayıb. 

Polis dünən axşam saatlarından baş verən hadisədən sonra qaçan təcavüzkarların axtarışlarının davam etdiyini açıqlayıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ