Dörd nəfər kişi eşitmə və danışma qüsuru olan gənc bir qadını qaçıraraq ona təcavüz edib
7News.az xəbər verir ki, Qaziantepdə eşitmə və danışma qüsuru olan 23 yaşlı bir qadının zorla avtomobilə mindirilərək qaçırıldığı və daha sonra dörd nəfər kişi tərəfindən cinsi zorakılığa məruz qaldığı iddia edilib. Ailədən daxil olan məlumat əsasında hərəkətə keçən Şahinbəy Polis İdarəsinin əməkdaşları gənc qadını xilas edib və bu ağır cinayəti törədənləri saxlayıblar. Zərərçəkmiş ifadəsində bildirib ki, o, kimsəsiz bir yerə aparılıb və orada həmin şəxslərin qrup halında təcavüzünə məruz qalıb.