RU
Dünya bazarlarında neft qiymətləri 380 dollara çata bilər - Analitiklər
12:10
206

Dünya bazarlarında neft qiymətləri 380 dollara çata bilər - Analitiklər

Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft hasilatını kəskin azaldacağı təqdirdə dünya bazarlarında neft qiymətləri bir barel üçün 380 dollara çata bilər.

7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

ABŞ-ın "JP Morgan Chase" bankının analitikləri hesab edir ki, Rusiya bu addımı ABŞ və Aİ tərəfindən Rusiya neftinə qiymət məhdudiyyətinin tətbiq olunması təqdirində gedə bilər.

Analatikilərin proqnozlarına əsasən, Rusiya neft hasilatını 3 milyon barel/sutka azaldarsa, neftin qiymətləri 190 dollara çata bilər.

 

Bank analitiklərinin fikrincə ən pis ssenaridə Rusiya neft hasilatını 5 milyon barel/sutka azalda bilər ki, bu da qiymətlərin bir barel üçün 380 dollara çatmasına yol açacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ