RU
Dünya bazarlarında neftin qiyməti 101 dolları ötüb
11:30
23

Dünya bazarlarında neftin qiyməti 101 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti 1 dollardan çox artıb.

7News.Az "APA-Economics”ə istinadən xəbər verir ki, ICE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,23% və ya 1,23 ABŞ dolları artaraq bir barel üçün 101,29 ABŞ dollarına yüksəlib.

NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçersləri 0,64% və ya 0,61 ABŞ dolları bahalaşaraq bir barel üçün 95,42 ABŞ dolları olub.

Analitiklərə görə, neft qiymətlərinin artmasına səbəb ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazında tədarük riskləri ilə bağlı narahatlıqlar olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ