Duztökmə hərəkəti ilə məşhurlaşan aşpaz Nüsrət Gökçe məhkəməlik olub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aşpazın 5 işçisi ondan şikayət edib.
İddiaya görə, Nüsrət onları 1 həftədə 72 saatdan çox işlədib, amma bunun üçün əlavə ödəniş etməyib.








