RU
Dövlət Komissiyası ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb
14:43
425

Dövlət Komissiyası ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Bu barədə 7news.Az-a Dövlət Komissiyasından bildirilib.

"Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə Komissiyanın məlumatında bildirilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ