RU
Dövlət Komitəsi hesabatını açıqladı: Əməkhaqqı xərcləri 2 dəfə artıb
21:00
597

Dövlət Komitəsi hesabatını açıqladı: Əməkhaqqı xərcləri 2 dəfə artıb

2020-ci ilin yekununda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cəmi gəlirləri 19 957,093 min manat olub. 

7NEWS.az-ın məlumatına görə, bu, 2019-cu il ilə müqayisədə 2,8% çoxdur.

Gəlirlərin 17 037,627 min manatı qeyri-birja əməliyyatından, 2 919,466 min manatı isə birja fəaliyyətindən gəlirlər olub.

Komitənin cəmi xərcləri illik müqayisədə 1 mln manata yaxın (956,619 min manat) və ya 5,3% azalaraq 2020-ci ilin yekununda 17 273,800 min manat təşkil edib.

Xərclərin 5 848,021 manatı əməkhaqqı və sosial sığorta ayırmaları, 68,828 min manatı sərf edilmiş materialların dəyəri, 180,247 min manatı amortizasiya xərcləri, 11 176,702 min manatı sair əməliyyat xərcləri olub. Qurumun əmək haqqı xərcləri illik müqayisədə 2,1 dəfə artım nümayiş etdirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ili 2 683,293 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2019-cu il ilə müqayisədə 2,3 dəfə çoxdur.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ