RU
 DYP rəsmisindən xəbərdarlıq: “Qarlı  havada svetafor işləməsə, sürücülər çaşqınlıq içində qalmasın”
16:37
724

DYP rəsmisindən xəbərdarlıq: “Qarlı havada svetafor işləməsə, sürücülər çaşqınlıq içində qalmasın”

"Qarlı hava şəraitində Bakı şəhərində 5 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər dünyasını dəyişib, 6 nəfər xəsarət alıb”.

Bu sözləri açıqlamasında Dövlət Yol Polisinin İctiamiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Əsədov deyib. DYP rəsmisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya şöbəsinin son 3 gündə davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərə ehtiyatlı davranmağı məsləhət görüb.

V.Əsədov bildirib ki, şaxtalı, qarlı hava şəraitində ehtiyac olmasa, şəxsi avtomobildən istifadə edilməsin: "Bununla yanaşı təkərlər də qaydasında olmalıdır. Avtomobilin hərəkətə gətirilməsi, dayandırılması sürətlər qutusunun hesabına reallaşdırılmalıdır, dövlət nömrə nişanların görünməsi təmin edilməlidir. Qəzalara səbəb olan əsas amillərdən biri də şüşələrin təmiz olmamasıdır. Sürücü manevr edərkən şüşə təmiz olmadığından hansı işığın yandığı görünmür. Nəticədə arzuolunmaz mənzərə qəzaya səbəb olur. "Yol hərəkəti haqqında” Qanunda da deyilir ki, hava şəraitindən asılı olmayaraq işıq cihazlarının, dövlət nömrə nişanların görülməsi təmin edilməlidir. "Yağış, qar yağdı, nömrə, yaxud işıqlar görünmədi” deməklə məsuliyyətdən azad olmaq olmaz. Hər kəs qanundan irəli gələn cəzanı çəkəcək”. 

V.Əsədov deyib ki, qeyri-sabit, qarlı-şaxtalı hava şəraitində svetaforlar işləməzsə, sürücülər çaşqınlıq içində qalmasın: "Hava şəraitinin pis olması sürücülərə imkan vermir ki, istədikləri kimi manevr etsinlər. Belə hava şəraitində bu cür sürücülərin kamera görüntülərini əldə edərək, onların məsuliyyətə cəlb edilməsi ilə bağlı materiallar hazırlayırıq. Svetafor işləməzsə, həmin yolayrıcı nizamlanmayan yolayrıcı hesab edilir. Bu səbəbdən keçid növbəliyi qoyulmuş nişanların tələblərinə uyğun reallaşdırılır”. 

DYP rəsmisi media nümayəndələrinə iradlarını da gizlətməyib. Cebhe.info vasitəsilə bir sıra jurnalistlərə səslənən V.Əsədov onlarlın balanslı informasiya mübadiləsi ilə məşğul ola bilmədiyini deyib: "Nə qədər yol- qəza hadisəsi baş verir, hansı nöqsanlar qeydə alınır, bunları dərc edirlər. Lakin DYP əməkdaşlarının gördükləri təqdirəlayiq digər işlər işıqlandırılmır. DYP-nin fəaliyyəti ilə bağlı intriqalı, xoşagəlməz yazılar dərc olunur. Bu cür jurnalistlər nədənsə bunu yaymaqda maraqlıdırlar. İş olan yerdə nöqsan da olur. Deyirsiniz, nöqsanları aradan qaldırırıq. Nədənsə media orqanları sensassion inormasiyaların yayılmasında maraqlıdır”.//Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ