RU
Döyüşdə qorxaqlığa görə 66 hərbçiyə ölüm hökmü verildi
10:20
18

Döyüşdə qorxaqlığa görə 66 hərbçiyə ölüm hökmü verildi

Konqo Demokratik Respublikasının (KDR) hərbi tribunali 66 hərbçini düşmən qarşısında qorxaqlıq da daxil olmaqla, üç maddə üzrə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Konqo ordusunun 3415-ci piyada alayının 70-ə yaxın hərbçisi oktyabrın 20-də Valikale bölgəsində həbs olunub. Onların bölməsi "23 Mart Hərəkatı" qruplaşmasının üsyançılarına qarşı döyüşlərdə iştirak edib.

Hərbçilər düşmən qarşısında qorxaqlıq, əmrləri yerinə yetirməmək və qiyam ittihamları ilə hərbi tribunal qarşısına çıxarılıblar.

Nəticədə 66 hərbçi ölüm cəzasına, bir nəfər 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, dörd nəfərə isə bəraət verilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ