Konqo Demokratik Respublikasında mayın 15-də elan edilən Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 8 544-ə yüksəlib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının Kommunikasiya və Media Nazirliyi Ebola epidemiyası ilə bağlı son məlumatları açıqlayıb.
Məlumata görə, epidemiya ərzində 8 544 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Xəstəlik səbəbindən 4 114 nəfər həyatını itirib.
Epidemiyanın başlanmasından bu yana 2 230 nəfər sağalıb. Son 24 saat ərzində isə 17 nəfərin müalicə olunaraq sağaldığı bildirilib.
Ebola epidemiyası üzrə ölüm nisbəti 48,2 faiz olaraq açıqlanıb.
Epidemiyaya qarşı mübarizə tədbirləri xəstəliyin qeydə alındığı 7 əyalətin 64 bölgəsində davam etdirilir.








