RU
Əbu-Dabidə kütləvi davaya görə tutulan Nurməhəmmədovlar Rusiyaya döndülər
12:40
20

Əbu-Dabidə kütləvi davaya görə tutulan Nurməhəmmədovlar Rusiyaya döndülər

MMA döyüşçüləri Usman və Ömər Nurməhəmmədovlar, eləcə də Əbu-Dabidəki kütləvi davaya görə saxlanılmış digər altı nəfər azadlığa buraxıldıqdan sonra Rusiyaya dönüblər.

Bu barədə TASS məlumat yayıb:

"Həbs edilənlər cəzaçəkmə müəssisəsindən buraxılıblar. Onlar Rusiyaya qayıdıblar".

Qeyd edək ki, bir müddət əvvəl UFC yüngül çəki dərəcəsində sabiq çempion, gürcüstanlı Merab Dvalişvili Usman Nurməhəmmədov və onun yoldaşlarını onu döyməkdə günahlandırmışdı. Daha sonra münaqişə iştirakçılarının tutulduğu açıqlandı. Ümumilikdə 10 nəfər saxlanılmışdı: onlardan ikisi sərbəst buraxılmış, səkkiz nəfər isə 300 min dirhəm cərimələnərək altı aylıq həbs cəzasına məhkum edilmişdi. Tutulanlar arasında Ömər Nurməhəmmədov da var idi.

Daha sonra Dvalişvili Əbu-Dabi rəhbərliyinə müraciət edərək bütün saxlanılanların azad olunmasını xahiş edib. Bundan sonra Əbu-Dabi cinayət məhkəməsi qərarı yumşaldaraq həbsdə olanların hamısını sərbəst buraxıb.
 
2025-ci ilin yanvar ayında Dvalişvili ilə Usman Nurməhəmmədovun qardaşı Ömər Nurməhəmmədov arasında qarşılaşma baş tutub. Həmin döyüşdə Dvalişvili qalib gələrək çempionluq titulunu qorumuşdu. Hazırda isə kəmər Dvalişvilinin son iki görüşdə məğlub olduğu rusiyalı Pyotr Yana məxsusdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ