RU
Seneqal sahillərində miqrant qayığı batıb, 50-dən çox insan itkin düşüb
20:06
31

Seneqal sahillərində miqrant qayığı batıb, 50-dən çox insan itkin düşüb

Seneqal sahillərində Avropaya getmək istəyən miqrantları daşıyan qayığın batması nəticəsində 50-dən çox insan itkin düşüb.

Bu barədə Seneqalın "SeneNews” portalı məlumat yayıb.

Məlumata görə, Saint-Louis şəhərindən Avropaya doğru hərəkət edən miqrant qayığı Seneqalın Yenne kommunasında, Todd çimərliyi yaxınlığında aşıb.

Hadisə nəticəsində 50-dən çox sərnişin itkin düşüb. İlkin məlumata əsasən, yalnız bir nəfər sağ xilas edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisə ilə bağlı itkin düşənlərin dəqiq sayı və qəzanın bütün təfərrüatları hələ müəyyənləşdirilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ