Növbəti il Ermənistan müdafiə xərclərini 147.22 milyon dollar artıracaq və bu vəsait infrastrukturun inkişafı da daxil olmaqla, müxtəlif hərbi istiqamətlərə yönəldiləcək.
7News.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan məlumat verib.
Nazir parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib: "2027-ci ildə Müdafiə Nazirliyinə 616 milyard dram (1.71 milyard dollar) ayrılacaq ki, bu da 2026-cı illə müqayisədə 53 milyard dram (147.22 milyon dollar) çoxdur".
Onun sözlərinə görə, ayrılan maliyyə vəsaiti silahlı qüvvələrin təminatına, infrastrukturun yenilənməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf olunacaq. Məlumat üçün bildirək ki, Ermənistanda 2026-cı ildə hərbi sahəyə ayrılan xərclər təxminən 16% azaldılaraq 563 milyard dram (təqribən 1.46 milyard dollar) səviyyəsində olmuşdu.








