7News.az xəbər verir ki, GLP-1 preparatlarının qəbulunu həddindən artıq qəfil dayandırmaq təkcə bədənə deyil, həm də beyinə təsir göstərə bilər. Bu yaxınlarda qeydə alınan və diqqət çəkən iki hadisə alimlər arasında narahatlıq yaradıb: belə ki, nadir hallarda da olsa, tirzepatid inyeksiyalarının dayandırılması bəzi şəxslərdə maniya və ya hallüsinasiyalar kimi psixiatrik simptomlara səbəb ola bilər.








