Mirvari qabıqlarından hazırlanmış ilk sümük bərpası materialı təsdiqləndi
7News.az xəbər verir ki, davamlı mənbələrdən əldə edilən mirvari qabıqlarından hazırlanan "PearlBone Putty 1600" məhsulu, ABŞ Qida və Dərman Administrasiyasından (FDA) "510(k)" icazəsini alıb. Bu təsdiq o deməkdir ki, "PearlBone" artıq ABŞ-da sümük sınıqlarının bərpası üçün istifadə olunan bir material kimi bazara çıxarıla və satıla bilər.