RU
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
15:47
22

Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ