7News.az xəbər verir ki, Əfqanıstanda Taliban rejiminin tətbiq etdiyi təzyiqlər qadınların həyatını əsl cəhənnəmə çevirdiyi bir vaxtda, "UN Women" (BMT-nin Qadınlar üzrə Qurumu) tərəfindən əldə edilən məlumatlar göstərir ki, əfqan qadınlarının yarıdan çoxu evlərindən ayda cəmi bir və ya iki dəfə çıxa bilir. Hər on qadından yeddisi öz psixi sağlamlığını "pis" və ya "çox pis" kimi qiymətləndirib.