MTN-i Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması,ölkənin təhlükəsizlik sisteminə bir başa məsul olan qurumda yarana "Çat"ın aradan qaldırılması məqsədi ilə Eldar Mahmudovun iş prinsiplərindən cana doyaraq MTN-dən məcburi şəkildə uzaqlaşan nazirliyin sabiq əməkdaşları geri qaytarılacaq.
Məlumata görə, ölkə prezidentinin Mədəq Quliyevi MTN-nin 1-ci müavini təyin etməsindən sonra, Mədət Quliyev bu sahənin həqiqi,işinə sədaqətli və peşəsinin mükəmməli olan şəxsləri geri qaytarmaq da tapşırılıb.
Redaksiyamıza sızn məlumata görə, Eldar Mahmudov nazir təyinatından bir müddət sonra kəllə-kəlləyə gəldiyi MTN-da general-leytinant Rövşən Əliyevin də geri qayıtması ilə bağlı müəyyən müsbət addımlar atılması gözlənilir. Məlumata görə, hazırda SOCAR-ın yüksək vəzifə tutan cənab Əliyev MTN-də daima öz peşəsinin mükəmməllərindən hesab edilib və əməkdaşlar arasında Əfsanəvi General olaraq tanınıb.
Əgər doğurdan da Əfsanəvi General MTN-nə geri qaytarılırsa, o zaman doğurdan da MTN-yi əvvəlki kimi,daha çox peşəkarların işlədiyi bir təhlükəsizlik orqanı olacaq./veteninfo
7news.az








