RU
16:51
374

"Əfvlə bağlı 50 müraciətə müsbət rəy verilib" - Komissiya toplandı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

7News.az xəbər verir ki, bu barədə Komissiyanın üzvü Rəşad Məcid deyib.

R.Məcid bildirib ki, görüşdə 100-ə qədər müraciətə baxılıb və onların təqribən yarısına müsbət rəy verilib.

Komissiya üzvü əlavə edib ki, növbəti iclas gələn həftə keçiriləcək.

 

Qeyd edək ki, ümumilikdə komissiyaya 800-dən artıq müraciət daxil olub.//trend

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ