RU
Ekvatorial Qvineya Marburq virusuna ilk yoluxma faktını təsdiqləyib
11:52
44

Ekvatorial Qvineya Marburq virusuna ilk yoluxma faktını təsdiqləyib


7NEWS.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən yazılı açıqlamaya görə, ölkənin qərbindəki Kie-Ntem əyalətində azı 9 nəfərin ölümündən sonra ilkin testlərdə viruslu hemorragik qızdırma müsbət çıxıb. Fevralın 7-də regional səhiyyə rəsmisinin xəbərdarlığından sonra ölkənin səhiyyə orqanları xəstəliyin səbəbini müəyyən etmək üçün ÜST-nin dəstəyi ilə Seneqaldakı Pasteur İnstitutunun istinad laboratoriyasına nümunələr göndərib. Pasteur İnstitutunda tədqiq edilən 8 nümunədən birində virus (Marburq) müsbət çıxıb, indiyədək hərarət, yorğunluq, qanlı qusma və ishal kimi simptomlarla 9 ölüm və 16 şübhəli hadisə qeydə alınıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ